Məclis onun məclisidir…
Bura sosial problemlərin müzakirəsi meydanı deyil Azərbaycanda Milli Məclis adında bəxtsiz bir qurum var. Xarici ölkələrdə bu tipli qurumlara parlament deyirlər. Adamlar ora seçki yoluyla düşə bilir. Yəni ya xalqın içindən çıxan adam, ya da toplumda tanınan adam öz gücünə güvənib seçki marafonuna qoşulur, ətrafı ilə birlikdə təbliğat aparıb, seçicilərini inandırıb, onların səsini qazanıb düşür parlamentə. Bizdə indiyə qədər bu prosesin adı seçki olub, gerçək seçki olmayıb və kimsə öz gücünə ora düşməyib. Ciddi mübarizə aparanlar olsa da, qutudan Prezident Administrasiyasının qabaqcadan təyin etdiyi (Ramiz Mehdiyev, Gülər Əhmədova və atvyorka məsələsi) adam çıxıb. Mubahisəyə yer yoxdur, Azərbaycanda seçki pozuntuları ilə bağlı Avropa Məhkəməsində udulmuş yüzlərlə iş var. Vəkil Fuad Ağayevin Flora Kərimova işi ilə bağlı Avropa Məhkəməsinə şikayətini misal çəkmək olar. Bu işlə bağlı Avropa Məhkəməsi Azərbaycan hökumətini 50 min avro məbləğində cərimələmişdi. Ondan sonra da seçki sax...