Dünyaya örnək ölkə?!
Başqa biri, YAP Gənclər Birliyinin sədri Seymur Orucov AXCP sədrinin evi qarşısında keçirilən aksiyanın həm təşkilatçısı olduqlarını deyir, həm də bunu boynundan atır. Bu tip açıqlamalar YAP-ın yuxarı eşelonunda da tez-tez səsləndirilir. Siyavuş Novruzov, Əli Əhmədov, Mübariz Qurbanlı, Aydın Mirzəzadə, Hadı Rəcəbli və başqaları gündə bir söz deyir, şəraitə və verilən tapşırıqlara uyğun olaraq dünən dediklərini bu gün danırlar. Belə mövqe dəyişkənliyinin səbəblərinə nəhayət, dünən Ilham Əliyev aydınlıq gətirib.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən YAP sədri I.Əliyev Azərbaycanı “dünyaya örnək olacaq ölkə” adlandırıb. “Azərbaycanda hər kəs bir ailə kimi yaşayır. Burada milli və dini zəmində nəinki qarşıdurma, hətta anlaşılmazlıq belə olmayıb. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyin təmin olunması ilə bağlıdır. Biz Azərbaycan dövləti olaraq, buna üstünlük veririk ki, Azərbaycanda milli və dini dözümlülük təmin olunsun. Azərbaycan bu formatda dünyaya örnək ola biləcək ölkələrdən biridir…”. Bu çıxışı oxuyandan sonra sıravi YAP-çılara, YAP-çı gənclərə, hətta yuxarıda adını çəkdiyim şəxslərə hörmətim artdı. Onlar insaflı açıqlama verir. Danışdıqları sözün məsuliyyətini az da olsa dərk edirlər…
Göyçayın Çərəcə kənd sakiniÿ Urfan Bədirovun “Azadlıq” radiosuna dedikləri Ilham Əliyevin öyündüyü “Azərbaycan ailəsi” və “dini dözümlülük” haqda yaxşı təsəvvür yaradır: “…Polisdə saqqalımı da qırxdılar, dedilər səni həftədə bir dəfə yoxlayıb saqqalını qırxacağıq”.ÿ
Tədbirə dəxli olmasa da, 900 min iş yeri açmasından danışan I.Əliyev Azərbaycan təcrübəsinin dünyada yayılmasını istədiyini deyib. Həm də deyib ki, dünyada dözümlülük artırılmalıdır. Allahın millətlərə yazığı gəlsin ki, bu tədbirə qatılan xaricilər Azərbaycan dövlət başçısının dediklərini elə burada yaddan çıxarsınlar. Dözümlülükdən danışan ölkə vətəndaşlarının haqlı etirazına, insan haqlarına, söz və sərbəst toplaşmaq azadlığına əməl olunması tələblərinə dözümsüz yanaşan, müxalif fikirliləri düşmən sayan, onları polislərin gücüylə susdurmağa çalışan, türmələrə salan bir rejim başçısıdır.
Daha YAP-çı gəncin nəyini qınayasan?!
07 Aprel 2011
Yorumlar
Yorum Gönder