Cavab atəşi ilə susdurulmalıdır…
Hərbi Hospitalda birinci əməliyyatdan sonra Eldarın sifətinin şişdiyini, onu Mərkəzi Klinik Xəstəxanada Türkiyədən gələn həkimin ikinci dəfə əməliyyat etdiyini, hər iki xəstəxanada bütün xərcləri Eldarın valideynlərinin ödədiyini bilirsiz… Əsgər Eldar Novruzovun ölümündən bir gün qabaq – sentyabrın 28-də Ali Baş Komandan İlham Əliyev Polşaya işgüzar səfərə getdi. Səfərin nə dərəcədə işgüzar olub-olmamasıyla işimiz yoxdur. Ola bilsin, çox işgüzar səfərdir, amma insan həyatı ilə nə müqayisə oluna bilər ki. Axı Eldarın atası müxtəlif qurumlara – Ali Baş Komandana, Mehriban Əliyevaya, Milli Məclisə, Müdafiə Nazirliyinə müraciətlər edib ölüm ayağında olan oğlu üçün imdad diləyirdi. Niyə cavab verilməməlidir? Niyə orduda xəstələnən əsgərin xəstəxana xərclərini valideynləri çəkməlidir? Niyə təkcə bu ölüm faktına görə heç kim istefaya göndərilməməlidir?
Azərbaycan 2011-ci ilin dövlət büdcəsindən müdafiə sahəsinə 1 mlrd. 325 mln. 61 min manat (1 mlrd. 656 mln. 326 min ABŞ dolları) vəsait ayrılıb. Dövlət başçısı da hər çıxışında bu vəsaitdən ağızdolusu danışır. Orduya ayrılan vəsaitin Ermənistanın dövlət büdcəsinə bərabər olduğunu deyir. Bəs hanı o vəsait? Torpaqlar yenə işğalda, Azərbaycan ordusu bir addım da olsun irəliləməyib. Əsgər ölümləri geniş miqyas alıb. Bu ölümlərin əksəriyyəti də qida çatışmazlığından olur. Müdafiə büdcəsi 1 milyard 325 milyon manat olan dövlətin əsgəri acından ölür. Hər şənbə və bazar günləri hərbi hissələrin qarşısına baş çəkin. Valideynlər yüz kilometrlərlə yol keçib gəlirlər ki, övladları heç olmasa həftədə bir dəfə adam kimi yemək yesin. Orduda əsgəri bit basır. Əsgərlər ən müxtəlif xəstəliklərə yoluxur. Kim cavab verəcək? İlham Əliyev Ali Baş Komandan kimi üzərinə düşən vəzifələri bəs nə vaxt icra edəcək?.. Ali Baş Komandandan üzü aşağı hansı bir məmur övladının aylarla ölümlə çarpışmasına biganə qalardı? Görən onlar da övladlarını ölüm ayağında qoyub Türkiyədən “cavab” gözləyərdilərmi?
Məkkəyə gedirsən ziyarətəCəhənnəmə
gedirsən ziyarətə
Ziyarət ziyafət deyil
Ayağı aç
qarnı yalın
cocuq var nə qədər
zarafat deyil
Məkkəyə getmirsən
Sən məzhəkəyə gedirsən
Mənim ağzım əyilməz
Sənin ağlın əyilib
Səccadəyə qul olunca
Get bir yetimin saçını öp
Ərəbin daşını öpüncə
Xəritədə Laçını öp!
04 Oktyabr 2011
Yorumlar
Yorum Gönder