Deputat fəaliyyəti üçün ayrılan pullar (Araşdırma)
Milli
Məclis sədri bu məqsəd üçün 5 ildə 56 min 975 manat, onun birinci
müavini 54 min 848 manat, müavinləri 103 min 592 manat, komitə sədrləri
ümumilikdə 536.580 manat, deputatlar isə 4 milyon 226 min 211 manat
alıb... 125 deputatın 5 illik fəaliyyəti üçün büdcədən 5 milyon 480 min
961 manat pul ödənilib.
Qarşıdan
parlament seçkiləri gəlir. Yenə seçicilər yada düşəcək, yenə yeni və
köhnə vədlər başlanacaq. 5 il qabaq olduğu kimi divarları şəkillər,
platformalar bəzəyəcək . Bəs bu 5 ildə seçicilər heç olmasa 5 yol yada
düşübmü? Deputatları heç olmasa bir dəfə seçicilərlə görüşə gəlibmi? Bu
sualları da tez-tez eşitmək olur...
Araşdırma aparıb çoxu üçün cavabsız suallara cavab tapmağa çalışdım. Başdan başladım. Milli Məclisin sədri Oqtay Əsədovdan.
O, 8 saylı Binəqədi Birinci seçki dairəsindən deputat seçilib, 2010-cu
il noyabrın 7-də. Deputatın seçiciləri ilə görüşüb-görüşmədiyini iki
yolla öyrənməyi planlaşdırmışdım; birincisi, saytlarda axtarış aparmaqla
(düşündüm ki, ən azı Milli Məclisin saytında bu görüşlərlə bağlı xəbər
olmalıdır) və dairədəki fəal seçicilərdən soruşmaqla. Axtarış sistemində
“Oqtay Əsədov seçiciləri ilə görüşüb” yazıb “enter”i basdım. İlk
qarşıma çıxan “Oqtay Əsədov niyə yanan binadakı seçicilərilə görüşmədi”
yazısı oldu. Bununla da axtarışa son verdim...
Oqtay Əsədovun birinci müavini Ziyafət Əsgərov
isə 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat seçilib. Onun
iki rayon əhalisinin bir hissəsinin qayğısına qalmaq, problemlərinin
həllinə çalışmaq imkanı olub. Ayrı-seçkilik salmadan “google”dan Ziyafət
Əsgərovun seçicilərlə görüşüb-görüşmədiyini soruşdum. İnsafən, o dəqiqə
qarşıma “Yeni
Azərbaycan Partiyası yüksək nüfuza və xalq dəstəyinə malikdir” başlıqlı
məqalə çıxdı. Bu da səbəbsiz deyilmiş, çünki yazının alt başlığı “YAP-ın
76 saylı Lənkəran-Astara seçki dairəsindən millət vəkilliyinə namizədi
Ziyafət Əsgərov Astara seçiciləri ilə görüşüb” idi. Ancaq
bir əmma var ki, bu görüş 2010-cu ilin 20 oktyabrında – seçkidən 17 gün
qabaq baş tutub. Ondan sonra Ziyafət müəllim və seçiciləri ilə bağlı
hər hansı məlumat tapa bilmədim.
Oqtay müəllimin daha bir müavini 84 saylı Füzuli seçki dairəsindən deputat mandatı qazanan Bahar Muradovadır. Onunla bağlı axtarış saytından tapılan xəbər də sevindirici olmadı, bu xəbər də 2010-cu ildən qalma idi. “7
noyabrda Füzuli seçiciləri ən layiqli namizədə - Bahar Muradovaya səs
verəcəklər” başlıqlı xəbərdə söhbətin nədən getdiyini anlatmağa gərək
yoxdur. O da bəlli olur ki, Milli Məclisin sədrinin və YAP icra
katibinin müavini kimi vəzifə sahibinin seçici ayağına getməsi, onun
problemləri ilə maraqlanması da yalnız seçki vaxtına təsadüf edib.
Milli Məclisin rəhbərliyi Valeh Ələsgərovla
tamamlanır. Valeh müəllim isə 102 saylı Şəmkir-Samux seçki dairəsinin
seçiciləri sayəsində deputat mandatı, sonradan da sədr müavini postunu
qazanıb. Bu sədr müavini ilə bağlı axtarış sistemində birinci xəbər hər
kəsi maraqlandırmaq gücündədir. “Milli Məclis sədrinin müavini Valeh Ələsgərov seçicilərlə görüşmüşdür” başlıqlı xəbəri AzərTAc 03.02.2007-ci ildə yayıb. “Milli
Məclis sədrinin müavini, 102 saylı Samux-Şəmkir dairəsindən parlamentə
deputat seçilmiş Valeh Ələsgərov Şəmkir rayonunda seçiciləri ilə görüş
keçirmişdir” cümləsi ilə başlayan xəbərdən bəlli olur ki, Valeh müəllim
üçüncü və dördüncü çağırışda eyni dairədən mandat qazanıb. Seçiciləri
ilə bu görüşü də deputatlığının 2-cidönəmində olub.
Gerçəkdə
isə Əhliman həkim parlamentin danışmayan deputatlarından sayılır, onun
Milli Məclisdə heç tibb sahəsində də bir problem qaldırdığını görən
olmayıb.
Saatlı
sakini Ziyafət Hüseynli son 5 ildə bu deputatların üzünü görmədiyini
deyir: “Cəlal Əliyev 20 ildir deputatımız olsa da, seçiciləri ilə görüşü
barədə heç nə eşitməmişəm, ümumiyyətlə, onun harada olduğunu bilmirik.
Qaldı Əhliman Əmiraslanova, görünür, onun Tibb Universitetində və
klinikasında işləri çoxdur, bu üzdən biz yada düşmürük”.
Göründüyü
kimi, seçicilər hər gün TV-lərdən eşitdiyi sözləri bu dəfə də
deputatlarından eşidib. Yeri gəlmişkən, bu rayondan deputatların
seçicilərlə görüşüb-görüşməməsi ilə bağlı sorğumuza İmişlidən ictimai
fəal Tariel Şirinlinin cavabı konkret oldu: “Bizim
rayondan Çingiz Qənizadə və Əsabil Qasımov deputat mandatına
sahiblənib. Onlar da İmişliyə YAP-ın tədbirlərində iştirak etmək üçün
gəlir, seçicilərlə görüşməyə yox”.
1996-cı
ilin 17 mayında qəbul olunmuş “Deputatın statusu haqqında” qanun
deputat fəaliyyətini tənzimləyir. Bu qanunda deputatın seçiciləri ilə
mütəmadi əlaqə saxlamalı olduğu birmənalı şəkildə yazılıb.
Maddə 18. Deputatın seçicilərlə əlaqə saxlaması
Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır.
Deputatın seçiciləri ilə görüşləri və başqa növ iş aparması barədə məlumatlar dövlət kütləvi informasiya vasitələrində işıqlandırılır.
Deputat seçiciləri qəbul etmək üçün Azərbaycan Respublikasının hər şəhərində və rayon mərkəzində (Bakı, Gəncə və Sumqayıt şəhərlərində isə - hər seçki dairəsində) rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilir.

Həmin
fəaliyyət üçün dövlət deputatın maddi təminatının da qayğısına qalır və
bu, qanunla tənzimlənir. Aylıq maaşının 50 faizi həcmində həy ay
deputata verilən bu pul vergidən də azaddır.
Maddə 21. Deputatın maddi təminatı
Deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.
Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır.
Milli Məclisin sədri 1950 manat miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik
məsələsi parlamentdə müzakirəyə çıxarılaraq qəbul edilib. Məclis
sədrinin aylıq maaşı 1950 manatdan 2250 manata qaldırılıb. Buna uyğun
olaraq deputatların da maaşı artıb. Buna qədər deputat fəaliyyətini
həyata keçirmək üçün sədr maaşına (1950) əlavə olaraq 975, artımdan
(2250) sonra 1125 manat alıb. Ancaq son 5 ildə Oqtay Əsədovun seçiciləri
ilə görüşü barədə heç Milli Məclisin saytında da hər hansı xəbər
yoxdur. Birinci müavin Ziyafət Əsgərov da deputat fəaliyyətini həyata
keçirmək üçün hər ay dövlətdən maaşından əlavə pul (877 və ya 1012 manat) alıb.
Ancaq onun da seçiciləri ilə görüşləri barədə, yuxarıda qeyd etdiyimiz
kimi, hər hansı xəbər yoxdur. Bahar Muradova və Valeh Ələsgərov da
(artıma qədər 828, artımdan sonra 956 manat) əlavə vəsait alsalar da,
seçicilərin görüşünə getməyiblər.
Komitə
sədrləri (məsələn, Hadı Rəcəbli) 780, artımdan sonra 900 manat əlavə
vəsait alıb. Məsələn, eyni pulu alan komitə sədri Əli Hüseynlinin
seçiciləri ilə görüşü barədə heç bir xəbər tapa bilmədik, əvəzində onun
QHT rəhbərlərinin həbsinə haqq qazandıran açıqlamaları ilə qarşılaşdıq.
Halbuki, deputat fəaliyyəti üçün büdcədən hər ay Əli Hüseynliyə verilən
pulun təyinatı heç də bu deyil.
Yeri
gəlmişkən, dövlət deputatın seçicisiylə görüşə getməsi üçün onu
nəqliyyat vasitəsilə də təmin edir, bu, qanunda da öz əksini tapıb.
Maddə 25. Deputatın nəqliyyatdan istifadə etmək hüququ
Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.
Deputatlıq fəaliyyəti ilə bağlı Bakı şəhərinin hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir.
125
deputatın 5 illik fəaliyyəti üçün büdcədən 5 milyon 480 min 961 manat
pul ödənilib. Bir daha xatırladım ki, bu pullar deputatlara maaşdan
əlavə verilib və xərc kimi nəzərdə tutulub. Ancaq kim bu pulları necə
xərcləyib və əlində hansı hesabatı var?
...Qarşıdan
seçki gəlir. Yenə seçicilər yada düşəcək, onlara problemlərinin həlli
və dərdlərinin parlament tribunasından səsləndiriləcəyi, ya da
müzakirəyə çıxarılacağı, hüquqlarının qorunacağı vədi veriləcək. Və
onlar seçkidən sonra maaşlarından əlavə həm də seçicilərlə görüş üçün
nəzərdə tutulan əlavə vəsaitlər almaqda davam edəcəklər...
Yorumlar
Yorum Gönder