Bəzi natəmiz insanlar…
Ölkədə təmiz insanlar az deyil, hər bölgədə, hər kənddə, qəsəbədə,
lap elə elliklə yığışdığımız paytaxt Bakıda onların sayı çoxdur. Çoxu da
zəhmət adamları, halal yolla qazandıqları pulla ailəsini dolandıranlar.
Onların sayının çox olması ölkənin uğurudur. Vətən belələrinin çiynində
dayanır; hərbi xidmətə, döyüş bölgəsinə onların övladları gedir. Ən
ağır işlər onların qismətinə düşüb.
Vətənin dar günlərində – Qarabağ uğrunda döyüşlərdə onlar ön sırada
olub, həqiqətən də sinələrini düşmən gülləsinə sipər ediblər. Şəhid və
qazi olublar. Bu gün qazilərin durumu hər kəsə bəllidir. Özünü,
əlilliyinə görə verilən maşınını yandıranlar az olmayıb; sağlamlığını
qurban verdiyi vətəndə dəyəri bilinmədiyinə görə. Bəs şəhid övladları
necə, ata-analarının uğrunda şirin canından keçdiyi Vətən onlar üçün nə
edib? Necə yol eşitmişik ki, hansısa harın məmur şəhid arvadına, ya da
övladına sayğısızlıq edib, onların hər hansı problemini həll etməmək
üçün “onu döyüşə mən göndərməmişəm” kimi şərəfsiz “arqumentlə” qapıdan
qovub; atasının “kontorunda” işləyirmiş kimi…Müxalifət deyil, qeyri-hökumət təşkilatları da, axtalanmış mətbuat da deyil, baxmayaraq ki, bu iddiada olanlar da var. Uzaq Afrikada belə suçlu axtarırlar. Yeganə suçlu hakimiyyətdir. O da möhtəkir axtarışına çıxıb. Fevralın 21-dən sonra hamı düşünürdü ki, hakimiyyət böhrandan çıxış yollarını axtarır. Ancaq dekabrın 21-dən sonra hakimiyyətin dilində bitən söz möhtəkirlikdir… Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı yenə də möhtəkirlikdən danışıb. 2015 təpədən-dırnağa iflas ili olub, ancaq bunlar ilin sosial-iqtisadi inkişafını müzakirə ediblər…
Tanış qəssab var, imkan olanda əti ondan alıram. Həmişə də alverimiz uzun çəkir. Savadlı, səviyyəlidi, proseslərdən baş çıxarır. Xalqın, ölkənin durumundan danışırıq. Yeri gəlmişkən, bir dəfə söhbətə başım o qədər qarışdı ki, ətin pulun vermədən çıxdım, yolda yadıma düşdü, təzədən qayıtdım. Onunla son söhbətimiz yeni ilin ilk günlərinə düşdü. Ağır söhbət oldu.
– Qabaqlar bir, ya da iki adam 100-200 qram ət alardı, indi onların sayı iyirmini keçib, üstəlik, müəllim müştərimlərim də əti nisyə almağa başlayıb, karta pul yüklənən kimi gətirib verəcəklərini deyirlər…
Illərdiq oturduqları kreslolarda yanlarını yara basmış nazirlərsə ilin sosial-iqtisadi inkişafından danışır. Kasıbların intiqamı yaman olur, ey qafillər. Ayılın!..
Sözümü NK-dakı son iclasda (manatın bu gedişi həm də onu deməyə əsas verir; doğrudan da bu, NK-nın son iclası ola bilər. Bizdə də istefa mədəniyyəti olmalıdı axı) səslənən bir sitatla bitirmək istəyirəm:
“Bəzi natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”,- deyə prezident Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Buna son qoyulmalıdır…”- deyirəm mən də. Manatı, ölkəmi bu duruma salan natəmiz insanlara qarşı çox ciddi tədbirlər görülməlidir…
12 Yanvar 2016
Yorumlar
Yorum Gönder