Əliyevə təşəkkür məktublarının təşkili davam edir
Prezidentin saytına təşəkkür məktubları yerləşdirilməkdə davam edir. II
Qarabağ savaşı başlanandan sonra koronavirus məktublarına ara verildi,
əsasən “müzəffər” məktubları yazıldı, indi də davam edir, həm də təkcə
Azərbaycandan yox, dünyanın “hər yerindən”. Ancaq ara-sıra koronavirus
məktubları da sayta yol tapır. Məktub yazanlar virusun qarşısını
aldığına, əhalini az itki ilə bu bəladan çıxardığına görə prezidentə
təşəkkür edir. İndi statistikaya baxaq:
Azərbaycanda koronavirusdan
ölü sayı 4978 nəfərdir. Ölkədə 7 milyona yaxın, bəlkə də, daha az əhali
var. Qalanları dünyaya səpələnib.
32 milyon əhalisi olan Özbəkistanda
virusdan ölü sayı 758 nəfərdir. 9 milyona yaxın əhalisi olan
Tacikistanda virusdan ölənlərin sayı 95 nəfərdir. 19 milyon əhalisi olan
Qazaxıstanda isə ölü sayı 4516 nəfərdir. 10 milyon əhalisi olan, İlham
Əliyevin dostu-qardaşı Lukaşenkonun Belarusunda ölü sayı 3214 nəfərdir.
30 milyon əhalisi olan Malayziyada ölü sayı 5768 nəfərdir. Əhalisi az,
ölü sayı çox olan ölkələr də var. Məsələn, 4 milyon əhalisi olan
Gürcüstanda ölü sayı 5394 nəfərdir. Ancaq bu ölkələrin heç birində
prezidentə bu şəkildə təşəkkür məktubları yazılmır. Heç böyük
bildikləri, özlərini kiçiyi saydıqları Rusiyada belə Putinə bu cür
məktublar yazılmır. Bunların məntiqi ilə gərək Tacikistan, Özbəkistan
prezidentlərinin qızıldan heykəlini qoyardılar, pandemiya dövründə az
itki verdiklərinə görə((
Sabirabaddan göndərilən bir məktubla tanış olun:
“Teymurbəy Seyidovdan, Sabirabad, Azərbaycan
Əziz və hörmətli Prezidentim!
Ölkə
vətəndaşlarının sağlamlığını düşünərək, əsl Lider kimi, koronavirusla
mübarizə sahəsində atdığınız addımları, gördüyünüz işləri izlədikcə Sizə
olan rəğbət və sevgimiz daha da artır. Vaxtında müəyyənləşdirilmiş
doğru strategiya və görülən işlər nəticəsində xalqımızı bu bəladan az
itkilərlə çıxarmağa nail ola bildiniz.
Azərbaycan xalqı bir daha əmin oldu ki, seçimində yanılmayıb. Biz vətəndaş olaraq Sizin yanınızdayıq, Sizi dəstəkləyirik!
Hörmətlə,
Seyidov Teymurbəy Tamal oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Axısxa kəndi”.
Yorumlar
Yorum Gönder