Peşəkarlığı, ya çəkini artıran tədbirlər

 prezident Mehriban xanım Əliyevanın gündəlik qayğısı sayəsində ölkəmizdə azad və peşəkar jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz açıb”.

Baş Prokurorluğun görüşündən xəbər bu cümləylə bitir: “Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” musiqili-tarixi essesini izləyib”.

Dövlət Sərhəd Xidməti də Mətbuat Günü ilə bağlı tədbir keçirib. Sərhədçilər mətbuat işçilərindən bəzilərinə medal və Fəxri Fərman da verib.

MEDİA da tədbir keçirib, “Mariott Abşeron” hotelində “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda. Mövzunun başlığı bir az qəliz olduğu üçün aydınlatmağa ehtiyac var: Qlobal transformasiya reyestr məsələsidir, ənənələrdə varislik deyəndə Əli Həsənov və Vüqar Səfərlərin xələfi olmaq nəzərdə tutulur, prinsip və ictimai maraq yer seçiminə bağlıdır…

Yeyib-içmək də olub. Nuş olsun!

Ancaq Tağı Əhmədovun yeri görünür: Ə, bir-bir…

P.S.Bir məsələ qaranlıqdır, özəl və dövlət qurumları qonaq çağıranda jurnalistlərin adının reyestrdə olub-olmadığını yoxlayıblarmı? Reyestrdə adı olmayan jurnalistə qonaqlıq verənlərin qanı yoxlanmalıdır; varsa…


Yorumlar

Popüler Yayınlar