Minsk danışıqlarını kölgədə qoyan dialoq


Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya, Osetiya və s. nümunələr, Rusiyanın şəxsən yaratdığı münaqişələr illərdir davam edir. Sonuc görünmür. Problemdən çıxış yoları barədə imitasiya edən Azərbaycanın indiki hakimiyyəti kimi hakimiyyətləri ölkənin ərazi bütünlüyündən çox özlərinin ailə, klan bütünlüyü qayğılandırır. Onlar daha çox bu “problemin” həlli ilə məşğul olur, apardıqları siyasəti ona uyğunlaşdırırlar. Qlobal problemlər onlar üçün lap sonda gəlir. 
Azərbaycan prezidentinin president.az saytında bir neçə bölmə vardı(indi də var). O bölmələrdən biri “Prioritetlər” adlanırdı. Həmin bölmədə “Dağlıq Qarabağ münaqişəsi” ən sonuncuydu. Bir neçə il qabaq bu barədə yazdıq və problem çözüldü… bölməni bütünlüklə ləğv etdilər. Indi sayt “prioritet”sizdi, yəni dövlət başçısının görəcəyi işlər içərisində “prioritet” yoxdu. Indi Administrasiyanın başqa “prioritetləri” ortaya çıxıb…
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov sahibi olduğu Beynəlxalq Mətbuat Mərkəzində iqtidar-müxalifət dialoqu keçirib. Deyilənə görə, təşəbbüs özündən gəlib. Partiyalara dəvət də onun şöbəsindən göndərilib. Çox ciddi müzakirələr gedib, bunu telekanallarda göstərilən kiçik süjetlərdən də bilmək olur. Diqqətlə baxan istənilən tamaşaçı bu məqamı tuta bilər. Çox ciddi qərarların da qəbulu sönən ümidlərə projektor kimi, gözqamaşdıran işıq salıb. Bizim ölkədə də normal münasibətlərin yaranacağının, adamları partiya mənsubiyyətinə görə seçib ayırmayacaqlarının mesajı verilib. Lap sonda bu kimi dialoqun iki ayda bir dəfə keçiriləcəyi barədə, çətin də olsa, razılığa gəlinib. Əli Həsənov deyib ki, dəvət olunan partiya sədrləri də müzakirələrdə iştirak edib, yəni onlara söz demək imkanı da verilib. Böyük uğurdur. Bu hesabla ildə 6 dəfə dialoq olacaq, bəlkə də bu dialoqlardan sonra, növbəti illərdə, telekanallarda ildə, məsələn, 4 dəfə, yəni hər kvartalda 1 dəfə debatlara da imkan verildi. Sonrakı illərdə, təxminən 2020-dən sonra, sərbəst toplaşmaq məsələlərinin müzakirəsini də gözləmək olar. Etiraf edirəm ki, yaza-yaza qəribə hallara düşürəm, ölkəmdəki demokratik gəlişmədən qürur duymaq keçir fikrimdən… 
Ancaq dünənki dialoqun yerinə düşmədiyi qənaətindəyəm. Dünya Minsk danışıqları şokundan ayılmamış tələsik belə bir dialoqun başlaması düşünülməmiş addım idi. Dünyaya bir qədər dinclik vermək daha düzgün yol olardı. Indi dünyanın aparıcı ekspertləri, mediası çətin duruma düşüb; nəyi prioritet saysın, Minsk danışıqlarını, yoxsa BMM-dəki iqtidar-müxalifət dialoqunu. Açığı, adam ikisindən birinə üstünlük verməyə çətinlik çəkir. Çoxdan gözlənildiyindən və bizə bir köynək yaxın olduğundan “BMM dialoqu” daha üstün durumdadır. Döyüşlərin getdiyi Ukrayna torpaqları və atəşkəslə bağlı müzakirə də üstünlüyə haqq edir. Telekanallarda Əli Həsənovun görüşdən sonrakı açıqlamasına baxdım, o qədər mikrofon düzülmüşdü ki, onu güclə tanıdım. Xəzər, ATV, Lider, APA, Trend, ANS, AzTV(ITV daxil hamısı), Space… bir sözlə, “Jalə” mediası kamera və mikrofonlarını bura cəm eləmişdi. Həqiqətən də “dialoq”a diqqət böyük idi. Minski kölgədə qoyurdu. Sadəcə, dediyim kimi, dialoqu Minskdə keçirilən danışıqlardan bir gün sonraya salmaq səhv idi. Beynəlxalq media nümayəndələri istəsələr belə özlərini Bakıya çatdıra bilməyəcəkdilər… 
Həm də dünən xəbər yayıldı ki, Vəhdət partiyasının sədri Tahir Kərimli dialoqda iştirak etməyib. Kim bilir, bəlkə Vəhdət Partiyasının dialoqa qatılmaması ilə bağlı onlarda qabaqcadan bilgi olub. Tahir Kərimslisiz nə iqtidar-müxalifət dialoqu?! Dünya da bunun fərqindədir… 
 
 
13 Fevral 2015
 
 
 

Yorumlar

  1. FƏALİYYƏT ÜÇÜN İSTİFADƏSİZ ÜÇÜN ƏSGƏRLƏ KREDİ TƏKLİFİ

    Salam,

    Maliyyə ehtiyaclarınız nədir?
    Ən azı $ 2,000.00-dan maksimum 100,000,000,00 ABŞ dolları məbləğində kreditlər verə bilərik ki, bu da 1 ildən 30 ilədək çox aşağı faiz dərəcəsi ilə 3% -ə qədər dəyişir.

    Bir iş kreditinə ehtiyacınız varmı?
    Şəxsi kreditə ehtiyacınız varmı?
    Bir avtomobil almaq istəyirsiniz?
    Yenidən maliyyələşdirmək istəyirsiniz?
    İpoteka kreditinə ehtiyacınız varmı?

    Biznes təklifinizi və ya genişləndirməni başlamaq üçün böyük bir kapitala ehtiyacınız varmı? Ümidinizi itirdinizmi və heç bir çıxış yolu olmadığını düşünürsünüz və maliyyə yükləriniz hələ də davam edir?
    Mümkün biznes əməkdaşlığı üçün bizə müraciət etməkdən çəkinməyin

    E-poçt vasitəsilə bizimlə əlaqə saxlayın: constantloanfirm1@gmail.com

    YanıtlaSil

Yorum Gönder

Popüler Yayınlar