“Əuzu billahi min əş-şeytani-r-rəcim”
reaksiya verməsini tələb edib.
Gürcüstanın müstəqil dövlət olmasını gərək ki, Siyavuş Novruzov da bilir. Hüquq təhsili var axı. Müstəqil bir ölkədə qeyri-hökumət təşkilatının yaranması başqa bir müstəqil dövlətə nə kimi ziyan vura bilər? Xeyli vaxtdır bu mövzu ətrafında baş sındırıram. Etiraf edim ki, hələ yaxşı qənaət yoxdur. Həm də ona görə ki, Siyavuş çox dərinə gedib:
“Bu, separatçı bir addımdır, onun qarşısı alınmasa, Rusiyada, digər yerlərdə də belə addımlar atıla bilər. Dost, qardaş hesab etdiyimiz Gürcüstan dövləti belə separatçı yolla özünə icma yaratmamalıdır”. Icma ha…
Bu gün Qafqaz Müsəlmanları Idarəsi olaraq əsas missiyamız Həcc alveri və nəzir toplamaqdır. Ziyarətlə bağlı kvota bizə ayrılır. Gürcüstan Müsəlmanları Idarəsinin yaranmasını bunlar məhz Həcc məsələsinə görə belə qıcıqla qarşılayırlar. Müəyyən qədər para əldən çıxır. Bir də Tiflis həmişə Qafqazın mərkəzi rolunu oynayıb. Istəsək də, istəməsək də. Demokratiyanın belə “fəsadları” var. Dözümlü yanaşmaq gərəkdir. Ölkəni avtoritar üsullarla idarə edəndə, din xadimlərinin saqqalını qırxanda, dindar qadınları təpik altına salanda şeyxin, lap elə Hidayət Orucovun, indi dinə qahmar çıxan Siyavuş Novruzovun səsi eşidilmirdi. “Din dövlətdən ayrıdır” deyirdilər. Yaxşı, bunu necə başa düşək, sizə sərf edəndə ayrı olur, sərf etməyəndə parlamentdə yaxa cırırsınız. Vaveyla, şəriət əldən getdi, deyirsiz. Möhsün Səmədov da din xadimidir, bəs niyə türmədədir? Həqiqəti, gördüyünü dilinə gətirdiyi üçünmü?
Gürcüstan Müsəlmanları Idarəsinin baş şeyxi Vaqif Əkbərov deyir ki, 16 ildə Gürcüstan azərbaycanlıları Allahşükür Paşazadənin üzünü belə görməyib. Bu necə şeyxlikdir?
YAP yolu, gap yolu…
Dünən YAP-ın bayramıydı. Telekanalların efirində YAP-çılar növbəyə dayanmışdılar. Öyüb-söymək növbəsinə. Məlahət Ibrahimqızı adlı biri (həm də YAP-ın deputatıdır) Əliyev siyasətinin çoxüzlü olduğunu ortaya qoydu. O, özü də danışdıqlarından, daha doğrusu illərlə təkrarladıqlarından vəcdə gələrək
“Azərbaycanın sərvətləri təkcə Azərbaycan xalqına məxsus deyil” dedi. Və bunu “ulu öndərlərinin” “uzaqgörən”, “məqsədyönlü” siyasəti olduğunu bildirdi. Amma elə həmin “ulu öndər” bu sərvətlərin xalqın olduğunu deyirdi. Bəs YAP-çılar deyir ki, yolumuz Heydər Əliyev yoludur…Yol demişkən, başqa bir Əliyev, lentkəsmə ustası mayın 6-da Saatlı-Imişli yolunun qırmızı lentini kəsmişdi. Iyunun 13-də xəbər gəlib ki, o yolu yenə lentlə bağlayıblar, yol təmirə dayandığı üçün…
16 İyun 2011
Yorumlar
Yorum Gönder