Ana içeriğe atla
Öldürülən jurnalistin “suçu”
Yaxud “Azadlıq” radiosu niyə həqiqətin yox, cinayətkarların tərəfini tutur
Jurnalist Rasim Əliyevin öldürülməsiylə
bağlı hələ də kimlərçünsə “qaranlıq məqamlar” var. Cinayəti törədənləri
müdafiə edənlər də az deyil. Onların vəkillərini, valideynlərini,
qohumlarını başa düşmək olar; vəkilin işi müdafiə etməkdir, cinayətkarı
belə, yaxınlar, qohumlarsa əzizlərinin türmədə yatmasını istəmirlər,
cinayətkar olsalar da. Bəs jurnalistlərin, bəzi media qurumlarının
həmkarlarını, həm də həqiqəti müdafiə etməməsinin səbəbi nədir? Hansı
maraqlar var burda? Yoxdursa, bəs niyə məhkəmədə baş verənlər fərqli
şəkildə oxucuya çatdırılır, cinayətkarların müdafiəsi isə yazılarda
açıq-aşkar görünür?
Səbəb nədir ki, bir prosesdə eyni
adamın dediklərini olduğu kimi yox, tərif olunmuş, ya da özlərinə sərf
edən şəkildə ortaya çıxarırlar? Jurnalist Rasim Əliyevin qətlində
təqsirli bilinmiş Elşən İsmayılov, Samir Mustafayev, Kənan Mədətov,
Camal Məmmədov və Arif Əliyevin şikayətinə baxılması üzrə Bakı
Apellyasiya Məhkəməsində martın 29-da növbəti iclas olub. Rasimi
öldürənlər Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti
veriblər. Olsun. İndi gəlin həmin iclasdan iki media qurumunun
hazırladığı yazılardan sitatlara baxaq:
“AzadlıqRadiosu”: (Azərbaycan daxilində Azadlıq Radiosuna giriş məhdudlaşdırıldığına görə məlumata girmək mümkün olmaya bilər)
“…Zərərçəkmiş Teyfurə Əliyeva da
düşünür ki, övladının ölümündə təqsirləndirilən şəxslər qədər
həkimlərin də suçu var: “Əlbəttə, Cavid Hüseynovun (“Qəbələ” klubunun və
Azərbaycan yığmasının futbolçusu-red.) öyrədib göndərdiyi bu
azğınlaşmış adamların hərəkətləri belə bir nəticəyə gətirib çıxarıb.
Cavid qarışıq, bunlar təhlükəli adamlardır. Belələri Azərbaycan
futbolunda olduğundandır ki, futbolumuz inkişaf eləmir də. Hesab edirəm
ki, bu adamlara verilən cəza azdır. Amma həkimlər də vaxtında lazımi
tədbir görməyiblər. Biz xəstəxanaya gedib çatana qədər Rasimi iki saata
yaxın dəhlizdə saxlayıblar. Hətta buna görə Rasimin Babək həkimlə
mübahisəsi də olub. Rasimin ölümündə həkimlərin rolu elə bunlar
qədərdir. Ona görə həkimlərin də cinayət məsuliyyətinə cəlb olunmasını
istəyirik”.
“…Daha sonra Rasim Əliyevin anasına
söz verilib: “Müttəhimlərin sözlərinə görə, Rasimin ölümündə təkcə
həkimlər təqsirlidir. Onlar deyirlər ki, belə zərbələrdən adam ölmür.
Mən Rasimi USM edən həkimlə söhbət etmişəm. O gileylənirdi ki, həkim
Babək Zeynalovun oğluma yardım göstərməməsini başa düşə bilmir. Axı onun
pnevmotoraksı var idi. Rasimin başı zədələnmişdi, Elşən İsmayılovun
vurduğu zərbədən sonra qulağı eşitmirdi. Bundan sonra Elşən zədə
olmadığını deyə bilir? Bu insan birinci dəfə belə əməl törətmir.
Əvvəllər o, bıçaqla adam yaralayıb və bu əməli cəzasız qalıb. Onlar
bandit qrupudur, Cavid Hüseynov (aralarında olan mübahisə Rasimin döyülməsinə və vəfat etməsinə səbəb olan futbolçu – red.)
da bu qrupa daxildir. Onlar Rasimi müşahidə kameraları önündə döyüblər.
Hamı bilir ki, indi ən kiçik mağazada belə kamera var. Onlar buna necə
cürət ediblər? Onların əməlləri Rasimin Cavid Hüseynovun və
müttəhimlərin tərbiyəsiz olduğu haqqında sözlərini təsdiq edir. Mən
Cavidin və Elşənin dəfələrlə Rasimə zəng etməsinin şahidi olmuşam. O,
yalnız Cavidlə danışdıqdan sonra Elşənlə görüşməyə razılaşıb. Oğlumu
aldadaraq evdən çıxarıblar və döyüblər. Bəli, həkimlərin də
təqsiri var. Biz gələnə qədər iki saat Rasimi dəhlizdə saxlayıblar,
yardım etməyiblər. O, Babəklə mübahisə edirdi, deyirdi ki: “Niyə məni
xəstəxanaya yatırmırsınız?”. Müttəhimlərə gəlincə, onlar cəmiyyət üçün
ən təhlükəli insanlardır. Qozbeli qəbir düzəldər. Onlar çıxan kimi yenə
eyni şeyi təkrar edəcəklər. Kənan, sən haraya və niyə getdiyini
bilirdin. Demə ki, təqsirin yoxdur. Beş nəfər bir adama necə hücum edə
bildiniz? Bu, kişilik deyil, insanlıq deyil. Müttəhimlər barəsində
hökmün qüvvədə qalmasını və həkimlərin məsuliyyətə cəlb olunmasını
istəyirəm”.
Göründüyü kimi, Rasimin anasının
ifadəsi “həkimlərin də müttəhimlər qədər günahı var” vurğusunda deyil,
günahın yalnız həkimlərdə olduğunu deyənlərə cavabdır və əsl
günahkarların kim olduğunu göstərir. Ana həkimlərin günahını da deyir.
Amma ən başlıcası, oğlunun qətlində indi azadlıqda olan Cavidin roluna
və onun yaxınlarının əməllərinə şahidlik edir ki, elə bunun da üstündən
“Azadlıq” radiosunun jurnalisti ustalıqla keçib. O, ananın fikirlərini
öz istədiyi kimi verib və onu həkimlərə qarşı yönəldib.
Ümidliyik ki, hörmətli Zeynal müəllim media mütəxəssisi kimi yazılardakı fərqi müqayisə edib mövqe ortaya qoyacaq.
P.S. Azadlıq.info saytı da “Azadlıq” radiosunun məhkəmədən hazırladığı bu reportajı paylaşıb…
Yorumlar
Yorum Gönder